Qəzzada dinc sakinlərin ölüm halları günü gündən çoxalır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 24 saatda daha 60 dinc sakin bombardman nəticəsində həlak olub.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, bu gün 80 fələstinli isə yaralanıb: "Bununla da 7 oktyabrdan etibarən Qəzzada həyatını itirənlərin sayı 35233 nəfərə, yaralanların sayı isə 79141 nəfərə çatıb".

Zülfiyyə

MİA.AZ