Hizbullah Hərəkatı İsrail ordusunun hərbi hədəflərinə İran istehsalı olan raketlərlə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Hizbullah rəsmi məlumat yayıb.

Bildirilib ki, bu, İsrail ordusunun Livanın cənubunda Hizbullahın yüksək rütbəli zabitinin öldürməsinə cavab olaraq həyata keçirilib: "Biz Hizbullahın səhra komandirlərindən Hüseyn İbrahim Məkkinin ölümü ilə nəticələnən hava hücumuna cavab olaraq İsrailin iki hərbi bazasına raketlərlə zərbələr endirdik. İsrailin Yuxarı Cəlil bölgəsində yerləşən Meron Hava Bazasındakı kəşfiyyat avadanlığı Katyuşa raketləri, artilleriya atəşi və digər raketlərlə atəş altına alınıb. İlkin məlumatımıza görə itkiləri böyükdür".

Məlumatda o da qeyd olunub ki, Branit hərbi bazasında yerləşən 91-ci briqadanın hədəfi də İran istehsalı olan “Burkan” raketi ilə tam dəqiqliklə vurulub.

Tahir Şəlvəli

MİA.AZ