ABŞ prezidenti Bayden Çindən gələn elektrik avtomobilləri, günəş panelləri və polad da daxil olmaqla bir sıra məhsullara tətbiq olunan rüsumların qaldırılması haqda fərman imzalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərara əsasən, Çinin elektrikli avtomobillərinə tətbiq olunan gömrük rüsumu 100 faiz artırılıb.
Ağ Evdən bildirilib ki, bu qərarla yerli istehsalla yanaşı, daxili bazarı qoruyacaqlar: "Bu məqsədlə Çindən gələn elektrik avtomobilləri üçün gömrük rüsumunu 25 faizdən 100 faizə, günəş panelləri üçün vergi 25 faizdən 50 faizə, bəzi alüminium və polad məhsullarına rüsumları isə 7,5 faizdən 25 faizə qaldırılıb. Bundan əlavə, yaxın müddətdə Çindən gətirilən elektrik avtomobillərinin akkumulyatorlarına, çiplərinə və oxşar məhsulların da vergi və gömrük rüsumları artırılacaq".
Samir Musayev
MİA.AZ