Fransanın Renn və Montruj şəhərlərində Fələstinə dəstək aksiyası keçirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Renndəki tələbə həmkarlar ittifaqı bəyanat yayıb.

Bəyanata görə, ölkənin güc qurumları aksiyaya mane olmağa çalışıblar: "Fələstinə dəstək verən tələbələr dünən və bu gün səhər Rennes Universitetinin Beaulieu Kampusunda çadırlar quraraq etiraz aksiyasına başlayıblar. Polis kampusa gələrək tələbələrə vərəqələr paylayan 5 nəfəri həbs edib. Bununla yanaşı, bir çox tələbələrin əşyaları götürülüb, çadırları sökülüb...".

Zülfiyyə

MİA.AZ