30 dekabr 2022-ci ildə Ankarada sui-qəsdlə öldürülən keçmiş Ülkü Ocakları prezidenti Sinan Ateşin öldürülmə anının görüntüləri yayılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüntülərdə həmin günü cümə namazından sonra pusquya düşürülərə öldürülən Sinan Ateşin olay anında dostları Selman Bozkurt və Ahmet Keçiklə bir yerdə olduğu aydın olub.
Sinan Ateş Selman Bozkurt və Ahmet Keçiklə gedərkən motosikletli şəxslərin qəfil gülləbaranına tuş gəlirlər: "Həmin vaxt Sinan Ateşin yanında olan Selman Bozkurt çiynindən yaralanaraq Ateşin yanına yıxılıb. Ahmet Keçik isə silahı Ateşin belindən götürərək qaçan sui-qəsdçilərin arxasınca atəş açır".
Xtaırladaq ki, az əvvəl Sinan Ateşin həyat yoldaşı Ayşe Ateş onun ifadələrinin istintaq materiallarında yer almadığını iddia edib. Ayşə Ateş ilk dəfə Sinan Ateşə siyasətdən getməsi üçün pul təklif edildiyini bildirərək, qatıldığı televiziya proqramında əri Sinan Ateşin buna gəörə öldürüldüyünü deyib.
Lamiyə
MİA.AZ