Məşhur “Kızılcık Şerbeti” serialında “Nilay” obrazını canlandıran Feyza Civelekin narkotik sifarişinə görə saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Show TV-nin ən çox baxılan seriallarından olan Kızılcık Şerbetidə 'Nilay' obrazını canlandıran 29 yaşlı Feyza Civelek ötən gecə saatlarında İstanbulun Beşiktaş rayonunda mülki polisləri yoxlaması zamanı film kimi səhnə ilə qandallanıb.
Məlumata gərə, polis əvvəlcə küçədə nömrəsiz motosikletlə narkotik satan iki nəfəri saxlayıb: "Şübhəlilər Ömər Faruk və Səlcuq Ç.-nin sorğu-suala tutulub. Səlcuqun üzərində yoxlama zamanı isə onun sağ cibindən salfetə bükülmüş 1,1 qram krek kokaini və şəffaf torbaya bükülmüş 0,4 qram toz kokaini çıxıb. Bu zaman Səlcuq Ç.-nin telefonuna davamlı zəng gəlib. Buna paralel laraq polisə yaxınlaşan qadın onu narkotik gətirənşəxs zənn edib "gətirdinmi narkotiki?" soruşub. Elə oradaca özünə ələ verən qadının "Kızılcık Şerbeti" serialında rol alan Feyza Civelek olduğu məlum olub. Polis onu şöbəyə aparıb. Şöbədə ifadə verən aktrisa içkili olduğunu və internet üzərindən 6 min lirəyə narkotik sifariş verdiyini deyib. O, buna qədər heç vaxt narkotik istifadə etmədiyini də iddia edib".
Aktrisanın evində axtarış aparılıb və narkotik taplmayıb. Məhkəməyə çıxarılan Feyza Civelek polis nəzarətinə verilməklə evə buraxılıb.
Ləman
MİA.AZ