Keniyada aprelin ortalarından bu yana yağan güclü yağışlar bəzi bölgələrdə hələ də həyatı iflic edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, güclü yağım səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 277-yə çatəb.
Bu barədə hökumət sözçüsü İsaak Mvaura mətbuata açıqlama verib.
Seldə həyatını itirənlərin sayının 277-yə yüksəldiyini bildirən Mvaura bildirib ki, təxminən 411 min ev-eşiyindən didərgin düşüb: "56 min ailə evlərini tərk etmək məcburiyyətində qalıb. 62 sağlamlıq mərkəzi dağılıb, artıq ölkədə epidemik xəstəliklər yaılır. İndiyə qədər 53 vəba hadisəsi aşkarlanıb".
Lamiyə Əhmədli
MİA.AZ