İraqın şərqindəki Diyalə və Səlahəddin vilayətləri arasındakı kənd ərazisində yerləşən polis bölməsi terror təşkilatı DEAŞ tərəfindən hücuma məruz qalıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hücumda 5 əsgər həyatını itirib, 5 əsgər isə yaralanıb.

İraq təhlükəsizlik mənbələri hücum faktını təsdiqləyib. 

Bildirlib ki, bölgədə terrorçulara qarşı geniş əməliyyat başlayıb.

Samir Musayev

MİA.AZ