İsrail Qəzzaya növbəti hava hücumu həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA rəsmi xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, İsrail döyüş təyyarələri ötən gecə  Qəzza zolağının mərkəz hissəsindəki Nuseyrat Qaçqınlar Düşərgəsində 3 mərtəbəli evi bombalayıb: "Nəticədə aralarında uşaqların da olduğu 14 mülki vətəndaş ölüb, onlarla insanın yaralanıb. Bununla yanaşı, Beyt Lahya şəhəri və Cibaliya Qaçqınlar Düşərgəsi gecə boyu  artilleriya atəşinə tutulub. Burada da xeyli ölən və yaralanan var".

Xatırladaq ki, 7 oktyabrdan bəri Qəzza zolağında ən az 14 min 944-ü uşaq, 9 min 849-u qadın olmaqla 35091 fələstinli həyatını itirib, 78827 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu iddia olunur.

Samir Musayev

MİA.AZ