Pakistanın baş naziri Şahbaz Şərif Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasının (PML-N) sədri vəzifəsindən istefa verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Pakistanın İnformasiya və Yayım naziri Marriyum Aurangzeb X sosial media platformasında paylaşım edib.
O bildirib ki, Şahbaz Şərif böyük qardaşı və keçmiş baş nazir Nəvaz Şərifin partiya rəhbərliyinə keçməsinə yol açmqaq üçün belə qərar verib.
Xatırladaq ki, Pakistanda fevralın 8-də keçirilən seçkidə keçmiş baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatı daha çox deputat yeri qazanıb.
Lamiyə Əhmədli
MİA.AZ