İraqın şimalidan qaçan iki terrorçu Türkiyəyə təslim olub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, mehmetçikin qətiyyətli əməliyyatları nəticəsində İraqın şimalındakı sığınacaqlarından qaçan 2 PKK terrorçusu Haburdakı Sərhəd Mühafizə Məntəqəsinə yaxınlaşaraq ağ bayraq qaldırıblar: "Terrorçuların yeganə çıxış yolu Türkiyə ədalətinə təslim olmaqdır”.

Firudun Səfərli

MİA.AZ