"İsrailin son hücumları artıq regional təhlükəsizliyi təhdid edir"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Misir xarici işlər naziri Samih Şükri deyib.

O, amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığında bildirib ki, İsrailin Rəfahdakı son hərbi əməliyyatları və humanitar yardımları əngəlləməsi qəbuledilməzdir: "Bu, dediyim kimi, regionun sabitliyinə böyük təhlükə yaradır".

Telefon danışığında hər iki nazir Qəzzaya sərhəd qapılarının açılması və bölgəyə yardım daxil olmasına zəmin yaradılmasını mühüm sayıblar.

Tahir Şəlvəli

MİA.AZ