Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirləndirilən Nazim Bəydəmirlinin məhkəmə prosesinin növbəti iclası keçirilib.

Məlumata görə, Nazim Bəydəmirlinin vəkili Aqil Layıc muvəkkilinə qoyulan maddələrə münasibət bildirib: "Nazim Bəydəmirliyə qoyulan maddə o zaman Rusiyada olmayıb. Deyirlər intim video olub maddi sübut kimi. Hansı videodan söhbət gedir. Bu insanın həbsdə qalmağına zərurət yoxdur. Onun həbsdən azad olunmasını, həbs qətimkan tədbirinin dəyişdirilməsini məhkəmədən xahiş edirəm. Bu insan alim olan şəxsdir. Bunun məhkəmədən qaçma ehtimalı yoxdur".

Nazim Bəydəmirlidə vəkilinin fikri ilə razılaşaraq həbs qətimkan tədbirinin dəyişdirilməsini, yaşını, ailə vəziyyətini nəzərə almağı xahiş edib.

Dövlət ittihamçısı isə vəsatətin təmin edilməməsini məhkəmədən istəyib.

Məhkəmə heyəti müşavirəyə gedərək həbs-qətimkan tədbirinin dəyişdirilməməsi barədə qərar qəbul edib.

Sonra dövlət ittihamçısı ittiham aktını elan edib(Unikal).