"Ermənistan Azərbaycanla bir çox sahələrin, o cümlədən dəmir yolu əlaqəsinin bərpasında maraqlıdır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan paytaxt İrəvana işgüzar səfərə gələn ATƏT sədri, Maltanın xarici işlər Yan Borqla görüşdə deyib.
“Armenpress”in məlumatına görə, Mirzoyan görüşdə Azərbaycanla sülh sazişi danışıqlarına toxunub.
O, Qazaxıstanın Almatı şəhərində xarici işlər naziri Ceyhun Bayramovla görüşün müsbət atmosferdə keçdiyini bildirib.
Mirzoyan qeyd edib ki, 1991-ci il Almatı Bəyannaməsi əsasında hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin müəyyənləşdirilməsi üzrə işlərin davam etdirilməsi lazımdır.
Nazir Mirzoyan bəyan edib ki, o, sözügedən bəyannamənin Cənubi Qafqazda daimi sülhün bərqərar olmasına imkan yaradacağına inanır: "Sülhün mühüm tərkib hissəsi olaraq biz bölgədə nəqliyyat marşrutlarının yenidən açılmasını zəriuri sayırıq. Biz ilk mərhələdə Azərbaycanla dəmir yolu əlaqəsinin yenidən qurulmasında xüsusilə maraqlıyıq".
ATƏT sədri Yan Borq qeyd edib ki, onilliklər boyu davam edən münaqişə və iztirablardan sonra Ermənistan və Azərbaycan xalqları üçün həqiqətən də layiq olduqları sülh, təhlükəsizlik və rifaha nail olmaq vacibdir.
Firudin Səfərli
MİA.AZ