“Elmira Axundova Ramiz Mehdiyevin bir nömrəli adamı idi”

Mia.az xəbər verir ki, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Bakupost.az-a geniş müsahibə verib.

O, müsahibədə gözlənilən parlament seçkiləri və referendum haqda danışıb. Deputat referendum keçiriləcəyi və parlament seçkilərinin vaxtının dekabr ayına, yaxıd 2025-ci ilin əvvəllərinə təyin olunacağını istisna etməyib.

F.Ağamalı yenidən namizədliyini 60 saylı Salyan-Neftçala seçki dairəsindən irəli sürəcəyini bildirib. O, ötən dəfə bu dairədə seçkinin gərgin keçdiyindən, keçmiş PA rəhbəri Ramiz Mehdiyevin ona ciddi maneələr törətməyə çalışdığından da danışıb. F.Ağamalı, eyni zamanda, bu məsələdə hazırda hakimiyyətdə olan bəzi şəxslərin rol aldığını da istisna etməyib.

Deputat Ramiz Mehdiyevlə aralarında ilk dəfə ziddiyyətin necə və hansı səbəbdən yarandığına da aydınlıq gətirib. O, R.Mehdiyevin vaxtilə prezidentlik sevdasına düşdüyü, bunun üçün bir sıra məmurlar, deputatlar və müxalifətlə iş apardığını diqqətə çatdırb.

AVP sədri sabiq səfir Elmira Axundovanın R.Mehdiyevə yazdığı və bu günlərdə mətbuatda dərc olunan gizli məktubuna da toxunub. O, Elmira Axundovanın “Ramiz Mehdiyevin bir nömrəli adamı” olduğunu deyib.

F.Ağamalı müsahibədə həmçinin ölkədə bahalaşma, işsizlik və s. kimi məsələlərlə bağlı sualları da cavablandırıb.

Ətraflı videoda…