İstanbul Hava Limanında Amerika Milli Təbiət Tarixi Muzeyinin direktoru saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünyaca məşhur Amerika Milli Təbiət Tarixi Muzeyinin direktoru Lorenzo P. İstanbulda qaçaqmalçılıq ittihamı ilə tutulub.

O, Türkiyədən 1500 zəhərli heyvan - tarantula, əqrəb və hörümçək çeşidlərini qanunsuz yolla aparmaqda itiahm olunur: "Araşdırma ilə Türkiyədə yaşayan endemik zəhərli heyvanların DNT məlumatlarının kopyalandığını və zəhərlərinin sağılaraq toplanaraq dərman hazırlanmasında istifadə edildiyini müəyyən olunub. Bu növlərin qeyri-qanuni yollarla xaricə aparılması ahqda məlumat alan polis İstanbul Hava Limanında əməliyyat təşkil edib. Əməliyyat zamanı ABŞ-a gedəcəyi müəyyənləşən Nyu Yorkdakı Amerika Milli Təbiət Tarixi Muzeyinin direktoru Lorenzo P. saxlanılıb. Muzey direktoru barəsində cinayət işi açılıb. Şübhəlinin çamadanında aparılan axtarış zamanı içərisində maye olan 88 plastik boru butulkasında və 58 klipsli torbada Türkiyəyə endemik olan əqrəb, tarantula və hörümçək kimi təxminən 1500 heyvan növü ələ keçirilib".

Məlujatda o da deyilir ki, bunlarınzəhərlərindən hazırlanan dərmanlar çox yüksək qiymətə satışlır: "Araşdırmalara görə, əqrəb zəhərindən əldə edilən 1 litr dərmanın bazar dəyəri 10 milyon dollardır...".

Lamiyə Əhmədli

MİA.AZ