"Təxminən ayyarım öncə AFFA İcraiyyə Komitəsindən kənarda qaldığını eşidincə jurnalistlərə “biz qardaşıq” deyən İsgəndər Cavadov “Araz Naxçıvan” - “Turan Tovuz” oyunundan sonra biz tərəfə heç gözünün ucu ilə də baxmadı. Yaxşı yerə gedir axı".
Mia.az xəbər verir ki, bu sözləri Matç.az saytının baş redaktoru İxtiyar Əsgərov deyib.
O bildirib ki, vaxtilə “Neftçi”yə vurduğu qolla bütün Azərbaycana acıq verən Cavadov artıq bütün əlaqələrini işə salıb: "O, indi həmən paytaxt klubuna can atır. Yəqin ki, komandanın nəticələrinə də cavabdeh olacaq".
Fərid
MİA.AZ