Vaxtilə Türkiyənin "RAMS Başakşehir" və "Trabzonspor"da fotrma geyinən qveniyalı Edqar İe ilə bağlı flaş iddia ortaya atılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda Rumınyanın “Dinamo Buxarest” komandasında oynayan futbolçu ən azı 5 oyuna öz yerinə çox oxşarı olan qardaşının forma geyinməsini təmin edib.

Məlumata görə, hazırda çətin günlər keçirən klub bu faktla üz-üzə qaldığından araşdırma hədəfi olub: "Əgər bu sübut olunarsa, komandanın ən azı 8 xalı silinəcək. Bu isə klubun aşağı liqaya düşmə təhlükəsini artıracaq".

Fərid Aslan

MİA.AZ