Türkiyə Ali Məhkəməsi mart ayından indiyədək Ali Məhkəməyə sədr seçə bilmir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 24 mart 2020-ci ildə səlahiyyət müddəti başa çatan məhkəmə sədri Mehmet Akarcanın yerinə bu gün 36-cı dəfə seçki olub.
Məlumata görə, bu gün keçirilən seçkidə də sədr seçilməyib: "Namizədlərdəın heç biri Ali Məhkəmənin 348 üzvünün mütləq əksəriyyətini təşkil edən ən azı 175 səsi toplamayıb. Səsvermədə hzırkı sədri Akarca 111, 3-cü Hüquq Məhkəməsinin müdiri Ömər Kerkez isə 169 səs toplayıb".
Xəbərdə deyilir ki, sabah 37-ci tur seçkisi keçiriləcək.
Lamiyə Əhmədli
MİA.AZ