Türkiyə kəşfiyyatı (MİT) İraqda PKK-ya daha bir zərbə vurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  əməliyyatla PKK/KCK-nin məsul şəxslərindən olan Şevqər Çiya kod adlı Sedat Aksu öldürülüb.

Məlumata görə, axtarışda olduğu üçün uzun müddət gizlənən Sedat Aksunun ölüm faktını terror təşkilatı datəsdiqləyib.

Xəbərdə deyilir ki, Sedat Aksu 2016-cı ildə Suriyanın şimalında Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror aktlarında şəxsən iştirak edib.

Tahir Şəlvəli

MİA.AZ