REAL partiyasının sədri İlqar Məmmədov artıq hansı dairədən deputatlığa namizəd olacağını müəyyən edib.
Mia.az xəbər verir ki, bu barədə onun özü açıqçma yayıb.
Partiya sədri bildirib ki, müxtəlif dairələrlə bağlı sorğu keçirib, lazımı məsləhətlər alıb: "REAL Siyasi Komitəsi belə tövsiyə elədi ki, 22 saylı Nəsimi-Yasamal dairəsi resurslarımızın idarə olunması baxımından ən düzgün variantdır. Bu haqda elanı hələ aprelin 4-də yaymışdıq. Yekun qərarı da yəqin ki, o cür olacaq. Partiyamızda Nizamnaməyə əsasən son qərarı Siyasi Komitə verir. Odur ki, 22 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə namizəd olmağımın ehtimalı ən yüksəkdir".
Samir Musayev
MİA.AZ