Növbəti parlament seçkilərində bir çox partiya liderlərinə seçilmə şansı yaradılacaq.
Bu barədə Mia.az-a partiya sədrlərindən biri məlumat verib.
Onu sözlərinə görə, əvəvlki seçkilərdən fərqli olaraq bu dəfə başda Müsavat partiyası olmaqla bir çx partiya sədrlərini parlamentdə görmək mümkün olacaq: "Əlbəttə, hazırda Milli Məclisdə olan partiya sədrlərindən biri istisna olmaqla, qalanlarına yenə əvvəlki kimi şərait yaradılacaq. Bununla yanaşı, Müsavat lideri kimi İsa Qəmbərdən tutmuş, Pənah Hüseyn, İqbal Ağazadəyə qədər çoxuna mandat alma fürsəti veriləcək".
Mənbə Haqq Ədalət Partiyasın sədri Əli İnsanova İsa Qəmbər kimi şans tanınıb-tanınmayacağı haqda suala indidən cavab verməyin çətin olduğunu da deyib: "Bilirsiniz ki, İnsanov çox iddialı insandır. İqtidarı da bu narahat etməyə bilməz. O səbəbdən indidən onun haqda nəsə demək çətindir, ancaq mümkündür..."
Samir Musayev
MİA.AZ