ABŞ Çinin daha 37 Çin şirkətini adını sanksiyalar siyahısına əlavə edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi xüsusi bəyanat yayıb.
Bəyanata əsasən, ABŞ kvant və nüvə enerjisi texnologiyaları və pilotsuz aviasiya sahələrində fəaliyyət göstərən 37 Çin şirkətini "qaralayıb": "Şirkətlərdən 22-si Çinin kvant texnologiyaları sahəsindəki fəaliyyətinə görə, qalanları isə PUA və digər hərbi təyinatlı istehsal sahələri ilə məşğul olduqlarından sanksiyalara məruz qalıb. Onlardan bəziləri Rusiya ilə əlaqələrdə də ittiham olunub".
Çin Xarici İşlər Nazirliyi qərara operativ reaksiya verib.
XİN sözçüsü Lin Cien bildirib ki, ABŞ-ın bu hərəkəti beynəlxalq qanunvericiliyə zidd olmaqla, qəbuledilməzdir: "Çin və Rusiyanın normal iqtisadi və ticarət əlaqələri qurmaq hüququ var, bu əməkdaşlıq xarici müdaxilə ilə məhdudlaşdırıla bilməz. Çin öz şirkətlərinin qanuni hüquq və maraqlarını qorumaq üçün lazım olan hər şeyi edəcək".
Lamiyə Əhmədli
MİA.AZ