İYİ Partiyasının yeni sədri Müsavat Dərvişoğlu təxminən 10 gün əvvəl CHP sədri Özgür Özəllə prezident Ərdoğanın görüşünə şərh verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu görüşün əleyhinə olduğunu gizlətməyib.
Özgür Özəli qınayan Dervişoğlu bildirib ki, Ərdoğan iqtidarının özü bilərkdən ölkədəki siyasi sistemi sərtləşdirib: "Əgər indiyə qədər tətbiq etdiklərini indi yumşaltmağa çalışırlarsa, demək ki, bunun arxasında gizli bir gündəm var. Əlbəttə, Özəl və Ərdoğan arasında keçirilən görüşdə Konstitusiya dəyişikliyi məsələsi ilə məsələ olub. Şəxsən mən olsaydım, bu məsələləri əsla müzakirə etməzdim. Axı, Konstitusiya dəyişikliyinin məqsədi nədir? Türkiyədəki problemləri ört-basdır etmək üçün konstitusiya müzakirəsi açmaq istəyirlər, yoxsa çörək tapa bilməəynlərə "al, konstitusiyanı ye" demək istəyirlər? Bu, hiylənin arxasında gizlənən oyunlar var. Baxın, mən heç bir halda müzakirələr yox demirəm. Ancaq qaranlıq qışa səbəb olanlar qəhrəmanlıq eşqinə düşüb, gizli oyunlarla siyasəti qəbul etmirəm. Və açıq deyirəm: Ərdoğanın yenidən prezidentlyə namizəd olmasına imkan yarada biləcək konstitusiya dəyişikliyinə heç vaxt "hə" deməyəcəyik. Əgər bir daha yol açmaq niyyətindədilərsə, bunu qəbul etməyəcəyik...".
Zülfiyyə
MİA.AZ