"300 min insan İsrailin son hücumları səbəbindən Rəfahdan köç etmək məcburiyyətində qalıb".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat paylaşıb.
Təşkilatdan bildirilib ki, artıq Qəzzada sığınmaq üçün təhlükəsiz ərazi qalmayıb: "Mayın 10-da İsrail Təhlükəsizlik Kabineti 1,5 milyon insanın sığındığı Rəfah şəhərinə hücumlarının genişləndirilmə qərarından sonra vəziyyət daha da pisləşib. İsrail ordusunun Misir sərhədindəki Rəfah Sərhəd Qapısıni ələ keçirməsindən sonra fələstinlilərin qorxusu daha da artıb. İndi onlar həyəcanla bölgədən qaçmağa çalışırlar...".
Tahir Şəlvəli
MİA.AZ