MİA Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri, akademik Ramiz Mehdiyev konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda gözəl təcrübə qazanılıb. Onun sözlərinə görə, Prezidentin sərəncamları ilə ölkədə mühüm qurumlar yaradılıb. R.Mehdiyev buna misal olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, eləcə də "ASAN xidmət"in adlarını çəkib.
Onun sözlərinə görə, "ASAN xidmət" çox unikal qurumdur: "Gələn qonaqlar böyük məmnuniyyətlə qurumu müşahidə edib və öz gözəl fikirlərini səsləndiriblər ki, Azərbaycanda həqiqətən çox güclü sistem yaranıb. Azərbaycan vətəndaşları bu qurumdan istifadə etmələri ilə bağlı öz razılıqlarını bildiriblər".