Braziliyada daşqında ölənlərin sayı artıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 107-yə çatıb.
Məlumata görə, güclü sel 136 nəfərin isə itkin düşməsi ilə nəticələnib: "Hazırda onların cəsədləri axtarılır. Axtarış-xilasetmə işləri fasiləsiz davam edir".
Yerli KİV-in məlumatına görə, hələ də minlərlə insana elektrik enerjisi və internet xidməti verilmir: "Ölənlərin sayının daha da artacağı gözlənilir".
Tahir Şəlvəli
MİA.AZ