“Alatoranlıq”, “Dəmir ada”, “Əlvida”, “Əlyazmalar yanmaz” və “Dürüst adamı” kimi filmlərinə görə bir çox mükafata layiq görülmüş iranlı rejissor Məhəmməd Rəsulov ölkəsində ağır cəzaya məruz qlaıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə 52 yaşlı rejissorun vəkili açıqlama verib.
Bildirilib ki, rejissor Kann Film Festivalına təqdim olunan yeni filmi - "Müqəddəs Əncirin Toxumu" filminə görə cəzalandırılıb: "İran hüquq-mühafizə orqanları hesab edir ki, bu film ölkənin milli təhlükəsizliyinə yönəlib. Bu səbəbdən rejissor hakim qarşısına çıxarılıb. Məhkəmə ona səkkiz il həbs, əmlakının və variadatının müsadirəsi və şallaq cəzası verib".
Xatırladaq ki, 77-ci Kann Film Festivalı mayın 14-də başlayacaq və mayın 25-dək davam edəcək.
Ləman
MİA.AZ