Rusiya prezidenti Vladimir Putinin keçmiş sevgilisi Alina Kabaeva susqunluğunu pozub. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Putinin gizli saxladığı və iki övladının anası olduğu deyilən Alina bir neçə gün əvvəl Putinin Moskvadakı andiçmə mərasiminə qatılıb.

O, mərasimdən sonra açıqlama verərək, Putinin siyasətini birmənalı dəstəklədiyini bildirib: "Hazırda bilirsiniz ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyat keçirilir. Bu, asan deyil, mürəkkəb prosesdir, amma insanların belə bir məqamda seçkilərə gəlib prezidenti və onun siyasətini dəstəkləməsi çox böyük işdir. Biz seçicilər görürük ki, liderimiz xalqına, xalq da ona çox güvənir".

Samir Musayev

MİA.AZ