"Antalyaspor"un baş məşqçisi Sergen Yalçın mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu açıqlama verilən kimi, klubdan "Fənərbağça"nın keçmiş əfsanəvi futbolçusu Aleks de Souza ilə prinsipial razılığa gəlindiyi haqda xəbərlər yayılmağa başlayıb.

Məlumata görə, imzalar mövsümün sonunda atılacaq: "Aleks de Souzanın köməkçisi isə yenə keçmiş "fənərbağça"lı Mehmet Aurelio olacaq".

"Antalyaspor"un rəsmi azarkeş qrupu "07 Genç" sosial media hesabında belə paylaşım edib: "Xoş gəldin Alex De Souza və Mehmet Aurelio, birlikdə böyük nailiyyətlərə imza atacağımıza inanırıq".

Fərid Aslan

MİA.AZ