PSJ klubu UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında Dortmund "Borussiya"sına 1:0 hesabı ilə uduzduğu matçda zədələnən Lukas Hernandezdən xəbər var.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, həkim müayinəsindən keçən Lucas Hernandezin ayaq ön çarpaz bağının qopması dəqiqləşib.

Məlumata görə, futbolçu məcburi əməliyyata girəcək: "Bu isə o deməkdir ki, 28 yaşlı müdafiəçi 14 iyun-14 iyul tarixlərində Almaniyada keçiriləcək AVRO-2024-də Fransa milisinin heyətində yer ala bilməyəcək".

Xatırladaq ki, karyerası boyunca 37 dəfə Fransa millisində çıxış edən Ernandes bu mövsüm PSJ-nin heyətində 41 oyuna çıxıb və 1 qol vurub.

Fərid

MİA.AZ