Şotlandiya Beynəlxalq Milli Partiyasının sədri, 60 yaşlı Con Svinni Şotlandiyanın Holyrood Muxtar Parlamentində keçirilən səsvermə ilə Şotlandiyanın yeni baş naziri seçilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, əvvəlki baş nazir, milliyyətcə pakistanlı olan Həmzə Yusifin həm baş nazirlik, həm də partiya sədrliyindən istefa verməsindən sonra liderliyə namizəd olan Con Svinni bu gün hər iki vəzifəyə sahiblənib.

Məlumata görə, 2000-2004-cü illər arasında keçmiş baş nazirin müavini və adıçəkilən partiyanın lideri olan Svinni Holyroodda 64 səslə qalib gəlib . Onun rəqibləri olan üç namizəddən Duqlas Ross 31, Anas Sarvar 22 və Aleks Koul-Hamilton 4 səs toplayıb.

Beləliklə, 60 yaşlı Svinni Şotlandiyanın yeni baş naziri oldu.

Svinninin bu gün İngiltərə kralı III Çarlza sədaqət andı içərək Şotlandiyanın regional baş naziri vəzifəsinə rəsmən başlayacağı gözlənilir.

Samir Musayev

MİA.AZ