Türkiyənin Şanlıurfa şəhərində terror təşkilatı PKK-ya qarşı yeni əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla PKK-nın təbliğatını aparan 17 şübhəli saxlanılıb.

Şanlıurfa prokurorluğunun məlumatına görə, Hilvan, Viranşehir və Bozova rayonlarında saxlanılan 17 nəfər haqda həbs qətimkan tədbiri seçilib: "İstintaq davam edir".

Firudin Səfərli

MİA.AZ