Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan Küveyt əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahı Ankarada Esenboğa hava limanında rəsmi mərasimlə qarşılayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2023-cü il dekabrın 16-da vəzifəsinin icrasına başlayan Küveyt Əmiri Sabah ərəb dünyası xaricində xaricə ilk rəsmi səfərini Türkiyəyə edib.

Diplomatik əlaqələrin 60-cı ildönümü ilə bağlı həyata keçirilən səfər 7 ildən sonra Küveytdən Türkiyəyə əmir səviyyəsində ilk səfərdir.

Buradakı mərasimdən sonra iki lider ikitərəfli və nümayəndə heyətləri arası görüşlər keçirəcək.

Daha sonra əmirə Dövlət ordeni təqdim olunacaq, bəzi s\nədlər imzalanacaq.

Lamiyə

MİA.AZ