Bu gün Türkiyə Böyük Millət Məclisində MHP sədri Dövlət Baxçalı ilə CHP sədri Özgür Özəl arasında görüş başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər Bakı vaxtilə saat 13.00-da bir araya gəliblər.
Məlumata görə, partiya liderləri gündəmlə bağlı müzakirə aparacaqlar.
***
45 dəqiqə çəkən görüşdən sonra Baxçalı Özgür Ğzəli işarə edəərk "Cənab başqan açıqlama verəcək" deyib.
Mia.az xəbər verir ki, CHP lideri açıqlamasında çox səmimi görüş olduğunu deyib: "Görüşdə iyul ayınadək minimum əmək haqqının artırılması, son seçkinin nəticələrin, xarici siyasətə baxış, təyinat gözləyən müəllimər, pensiya və sair məsələlər ətrafında çox səmimi müzakirələrimiz oldu"
Zülfiyyə Mustafayeva
MİA.AZ