İsrail ordusu 1.5 milyon insanın sığındığı Refahı güclü atəşə tutub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Daniel Hagari açıqlama verib.
O bildirib ki, Rəfah şəhərində 50-dən çox yerə hava zərbələri endiriblər.
Ancaq o, zərbə nəticəsində ölən və yaralananlar haqda bilgi verməyib: "Hər kəs bilməlidir ki, Qəzzada atəşkəs deyil, HƏMAS yox edilənə qədər əməliyyatlar davam etdiriləcək".
Fələstin mənbələri hücumu təsdiqləyib: "Çoxlu sayda ölən və yaralananlar var. Hazırda bunlarla bağlı dəqiqləşmələr aparılır."
Xatırladaq ki, bu gün İsrail ordusu Refahın şəqrindəki əhaliyə dünən müraciət edərık, ərarzini dərhal tərk etməyi tələb edib.
Samir Musayev
MİA.AZ