İspaniyanın nəqliyyat naziri Oskar Puentenin Argentina prezidenti Xavyer Miley haqqındakı siyasi səhvi iki ölkə arasında ciddi böhran yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nazir Oscar Puente mayın 3-də Salamanka şəhərində keçirilən tədirlərin birində Argentina prezidenti ahqda belə çıxış edib: "Mileyi televiziyada gördüm və eşitdiklərimdən sonra öz-özümə dedim: hansı maddələrdən istifadə etdiyini bilmirəm, amma narkotikdən 100 faiz istifadə edir, bu səbəbdən onun seçkilərdə qalib gəlməsi mümkün deyil, amma qalib gəldi...".

Bu açıqlamaya Argentina Prezident Aparatı çox sərt reaksiya verib.

Argentina həyat yoldaşı ilə bağlı korrupsiya iddiaları olan İspaniyanın baş naziri Pedro Sançesi birbaşa hədəfə alıb: "Sançesin hazırda arvadına qarşı korrupsiya ittihamları kimi həll edilməli çox daha vacib işləri var. İspaniya Krallığı naminə bu cür ittihamları şəffaf şəkildə aydınaşdırmaq əvəzinə, Pedro Sançes separatçılarla - Bask və Kataloniyadakı siyasilərlə razılaşaraq, İspaniyanın dağılmasına gətirib çıxaran addımlar atır. Gah korrupsya  Krallıqdakı birliyi təhlükəyə atır, gah da qanunsuz miqrasiyaya şərait yaratmaqla ispan qadınlarını risklı üz-üzə qoyur. Üstəlik, yalnız yoxsulluq və ölüm gətirən sosialist siyasəti ilə orta sinfi təhlükə altına qoyublar. Biz argentinalılar isə bizə səfalət və çöküş gətirən modeli dəyişdirməyi seçirik. Ümid edirik ki, ispan xalqı da tezliklə yenidən azad yaşamağı seçəcək".

Bu bəyanatdan sonra İspaniya Xarici İşlər Nazirliyi yazılı açıqlama yayaraq ortamı yumşaltmağa çalışıb. 

İspaniya XİN Argentina Prezident Aparatının bəyanatındakı sərt üsluba diqqət çəkərək, bunun "iki ölkə və iki dost xalq arasındakı münasibətlərə uyğun gəlmədiyi"ni vurğulayıb: "Argentina xalqı ilə qardaşlıq bağlarını gücləndirmək və qorumaq üçün səylərimizi davam etdirəcəyik".

Lamiyə Əhmədli

MİA.AZ