Türkiyədə İYİ Partiya sədri Meral Akşenerdən sonra daha bir partiya sədri vəzifəsindən getməyə hazırlaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Səadət Partiyasının sədri Temel Karamollaoğlu bu barədə TV5 telekanalına müsahibə verib.
O, son zamanlar səhhətində problemlərin artdığını bildirib: "Artıq səhhətim partiya sədri vəzifəsini layiqincə yerinə yetirməyə imkan vermir. Baxın, 31 mart bələdiyyə seçkisi dövründə cəmi 4 şəhərə gedə bildim. Bu, bir sədr üçün ciddi çatışmazlıqdır. Ancaq Gedə bilmədim. Getməmək istəmədiyim üçün yox, səhhətim buna imkan vermədiyi üçün gedə bilmədim”.
Partiyanın qurultay tarixinin iyunun 30-na təyin etmək istədiklərini də qeyd edən Karamollaoğlunun sözlərinə görə, qurultay tarixi qanuni əslində, oktyabr ayında olmalıdır: "Ancaq oktyabr ayı mənə uzun müddət kimi göründü. Ona görə də silahdaşlarıma dedim ki, qurultaya hazırlıqları sürətləndirsinlər. Oktyabra qədər növbədənkənar qurultay keçirməyimiz daha məqsədəuyğundur. Hesab edirəm, uyğun vaxt iyunun 30-dur".
Yerinə kimi görmək istədiyi barədə suala gəldikdə isə o, bu haqda partiya üzvlərinin fikirlərini öyrənəcəklərini deyib: "Sədrliyə vəzifəsini layiqincə yerinə yetirəcək şəxsi müəyyən edəcəyik. Əlbəttə, siyasətdən tamamilə çəkilmək fikrim yoxdur. Sədrlikdən gedəcəm, başqan olan dostumuzun ən böyük dəstəkçisi və köməkçisi olacağam".
Tahir Şəlvəli
MİA.AZ