Keçmiş CHP sədri Kamal Kılıçdaroğlunun həbsi tələb olunur.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, keçmiş Ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktar partiya sədri və deputat olarkən Kamal Kılıçdaroğlunun onu təhqir etdiyi iddiası ilə məhkəməyə üz tutub.

Məlumata görə, bu gün İstanbul 51-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasa Kamal Kılıçdaroğlu qatılmayıb.

Onu prosesdə vəkili təmsil edib. O, hakimdən iddia ilə ətraflı tanış olmaq üçün vaxt istəyib.

Hakim vəsatəti təmin edərək, iclası mayın 30-na təxirə salıb.

Məlumata görə, sabiq nazirin iddiası əsasında hazırlanan ittiham aktında Kılıçdaroğluna 1 ill iki aydan 2 il 4 aya qədər həbs istənilir.

Lamiyə

MİA.AZ