Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Almaniyanın "Borussiya Dortmund" komandası Fransanın PSJ komandası ilə üz-üzə gəlib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, britaniyalı hakim Entoni Teylorun idarə etdiyi oyunda hesabı 36-cı dəqiqədə Fullkrug açıb.
Oyunun qalan dəqiqələrində hesab dəyişməyib.
Beləliklə, ilk oyun almanların xeyrinə başa çatıb. Cavab qarşılaşmasi mayın 7-də olacaq
Xatırladaq ki, yarımfinalın digər oyununda srağagün "Real" səfərdə "Bavariya" ilə 2-2 edib.
Fərid
MİA.AZ