Belçika millisinin baş məşqçisi Domeniko Tedesko millinin məşhur qapıçısı haqda son qərarını verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, baş məşqçi zədə səbəbindən mövsümün böyük hissəsini buraxan "Real Madrid"in təcrübəli qapıçısı Tibo Kurtuanın Avro-2024-də iştirak etməyəcəyini açıqlayıb.

O, 31 yaşlı qolkiper avqustda ön çarpaz bağını cırdıqdan sonra oyun vərdişindən xeyli uzaqda qaldığını iddia edib.

Qeyd edək ki, Kurtua indiyədək 102 dəfə millinin formasını geyinib.

Kurtuanın yoxluğunda Belçikanın qapısını Koen Kastilsin qoruyacağı gözlənilir.

Onu da qeyd edək ki, Belçika AVRO-2024-də E qrupunda Rumıniya, Ukrayna və Slovakiya ilə mübarizə aparacaq.

Fərid

MİA.AZ