Bir müddət “Fənərbağça”da da çıxış edən Seneqal millisinin üzvü futbolçu Papiss Sisse hazırda komandasız qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Papiss Sisse formasını qorumaq üçün indi bir sıra ulduz oyunçularla yeni "ucuz liqa"da top qovur.

Məlumata görə, o, hazırda cəmi 10 funt sterlinqə (21 manat) meydanda tər tökür.

Bu barədə İngiltərə mediasına açıqlama verən futbolçu bildirib ki, hazırda komandasız qalan bir çox futbol ulduzları ilə birllkdə "yeni liqa" yaradıblar: "Biz adambaşı 10 sterlinqdən pul toplayaraq meydançanı icarəyə götürürük. Daha dəqiqi, uduzan komanda həmin pulu icarəyə verir".

Bir vaxtlar milyonlarla oynayan Sisse indi 10 funt-sterlinq uğrunda mübarizə aparmasını formasını qorumaq olduğunu deyib: "Formada qalmaq üçün Premyer Liqanın keçmiş ulduzları ilə - Joleon Lescott, Antonio Valencia, Denny Simpson, Con O'Shea, Denny Drinkvater, Stephen Ireland, Nedum Onuoha, Ravel Morrison, Ves Morgan, Dale Stephens, Emile Heskey və Oumar Niasse və başqaları ilə birə oynayırıq...".

Xatırladaq ki, Papiss Sisse 2012-ci ildə 12 milyon avroya Premyer Liqa təmsilçisi "Nyukasl Yunayted"ə transfer olunub. O, daha sonra Türkiyədə "Alanyaspor", "Fənərbağça" və "Çaykur Rizəspor"da forma geyinib.

Fərid

MİA.AZ