Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti iyulun 18-dək vəzifəsini davam etdirəcəyini bəyan edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TFF geniş izahat xarakterli bəyanat yayıb.

Bəyanatda iyulun 18-də TFF prezidentinin seçimi ilə bağlı qərar verildiyi xatırlanıb və qeyd edilib ki, buna baxmayaraq qarşıdakı mövsümlə bağlı gərəkli tədbirlər də axsatılmayıb.

Daha sonra 2024-cü il Avropa Futbol Çempionatının iyulun 14-də sona çatacağı xüsusi vurğulanaraq bəzi klub rəhbərliyinin şəxsi maraqlarından çıxış edərək, erkən seçki çalışmalarının doğru olmadığı qeyd  edilib.

Bildirilib ki, AVRO-2024-ün davam elədiyi aralığa seçki təyinatına çalışmaq milli mənafeyə uyğun deyil: "TFF rəhbərliyi olaraq biz Milli Futbol Komandasının uğuru üçün bütün işimizi və enerjimizi sərf edəcəyik və bəzi klub menecerləri kimi səhvlərə yol verməyəcəyik. Almaniyada ilk fitdən oyunçularımızı dəstəkləmək əvəzinə, seçimin keçirilməsində israr var. Avropa Futbol Çempionatı ilə eyni vaxtda, yumşaq desək, bu ölkənin dəyərlərindən uzaq, milli dəyərlərimizdən uzaq olan bu boş zəhməti böyük türk millətinin ixtiyarına buraxırıq".

Bəyanatda qeyd olunub ki, müxaliflərin tələsik seçki mühiti yaratmaq istəyənlər altında yarışacaq namizədlərin türk futbolunun maraqlarını təmsil etmək səyləri pozulacaq: "Məqsədimiz TFF-də ədalətli və rəqabətli bir seçki mühiti yaratmaqdır. Açıqca qeyd etmək istərdik ki, Türkiyə Futbol Federasiyasının prezidenti və İdarə Heyəti iyulun 18-də keçiriləcək seçki TFF İdarə Heyətində təqdir qazanıb. Avropa Futbol Çempionatı zamanı Türkiyə Futbol Federasiyasına israrla tələsik seçki keçirməyə çalışanların hədəfinin TFF prezidenti Mehmet Büyükekşi və İdarə Heyəti olmadığını düşünürük. Bir anda israrla tələsik seçki keçirmək istəyən azlığın məqsədi nədir?

Unutmayaq ki, bir aydır seçkini önə çəkmək üçün İdarə Heyətinin toplanması üçün 130 imzanı toplaya bilməyənlər nə etmək istəyir? Axı, bu imzalar daxil olsa belə, TFF ən azı 30 gün müddətinə konfrans çağıra və burada 163+1 nəfərin səs çoxluğu ilə prezident seçki ilə əlaqəli qurultay elan edə bilər. Bu da ən tezi daha 30 gün sonraya qanunla təyin edilməlidir. Yəni, haradan baxsanız, seçkini 60 gündən əvvələ çəkmək mümkün deyil. O səbəbdən indi şəxsi maraqlar üzərindən çıxış edənləri millətin öhdəsinə buraxır və bir daha təkrarf edirik ki, seçki təyin etdiyimiz vaxtda - 18 iyulda keçiriləcək"

Fərid Aslan

MİA.AZ