İYİ Partiyasının 5-ci fövqəladə qurultayında başqan seçilən Müsavat Dərvişoğlu bu gün keçmiş sədr Meral akşenerdən partiyanı rəsmən təhvil alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunun üçün mərkəzi qərargaha gələn Meral Akşener Dərvişoğlu ilə girşdə salamaşıblar. 

Akşener və Dervişoğlu daha sonra partiya üzvlərinin alqış sədaları altında təhvil-təslim üçün ofisə daxil olublar.

Akşener Dərvişoğluna gül təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Təhvil-təslimdən sonra Müsavat Dərvişoğlu partiya üzvlərinin alqışları altında Meral Akşeneri avtomobilinə yola salıb. 

Akşener partiya üzvləri ilə qapıda vidalaşıb.

Zülfiyyə

MİA.AZ