"Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Qırğızıstan-Türkiyə Manas Universitetində təşkil etdiyimiz “Orta Asiyada Azərbaycan Mədəniyyətinin təbliğinə çağırışlar - Bişkek festivalı”nda Türkiyə və Azərbaycanın Bişkekdəki diplomatik korpusunun əməkdaşları, Manas Universitetinin rəhbər heyəti, Qırğızıstandakı Azərbaycan və Axıska diaspor liderləri, universitetin müəllim və tələbə heyəti iştirakı edib".
Mia.az xəbər evrir ki, bu sözləri "Yeni Çağ" Media qrupunun rəhbəri, tanınmış jurnalist Aqil Ələsgər deyib.
Onun sözlərinə görə, açılış Mərasimində Manas Universitetinin prorektoru, professor Mehmet Sezai, Azərbaycanın Qırğızıstan konsulu Şahin İsgəndərov, “İpək yolu” İctimai Diplomatiya Vəqfinin başqanı Seyfullah Türksoy, Bişkek Festivalının layihəsinin rəhbəri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı çıxış ediblər: "Qeyd edim ki, Festival çərçivəsində Azərbaycanın “Dədə Qorqud”, “Dolu” və “Fəryad” filmləri tələbələr üçün davamlı olaraq, Sinema Salonunda yayınlandı.
Eyni zamanda, Manas Universitetində Azərbaycan mədəniyyətindən və tarixindən bəhs edən sərgi də Festival boyu şagirdlərin ixtiyarında oldu.
Bu ideyamızın gerçəkləşməsinə dəstək olan Mədəniyyət Nazirliyimizə, Qırğızıstan-Türkiyə Manas Universitetinə, Qırğızıstandakı Səfirliyimizə, və “İpək yolu” İctimai Diplomatiya Vəqfin və bütün dostlara sonsuz təşəkkürlər!".
Ləman
MİA.AZ