Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair Tədbirlər Planı” üzrə 2024-cü il ərzində öhdəlikdə olan tədbirlərin təşkili" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
MİA.AZ 32gun.az-a istinadla xəvər verir ki, tenderin qalibi "BAKU HOLİDAY" MMC olub.
Tərəflər arasında 189.898,58 AZN-lik müqavilə imzalanacağı gözlənilir.
Bildirək ki, nizamnanə kapitalı 100 AZN olan BAKU HOLİDAY" MMC-nin qanuni təmsilçisi Ramil Rzayev Nürəddin oğludur.
İnternet resurslarında araşdırma apardığımız zaman məlum olub ki, "BAKU HOLİDAY" Məhdud Məsuliyyətli Cəmiyyəti "travel" şirkəti kimi üzə çıxır.
Belə ki, Ramil Rzayev həm də "BAKU HOLİDAY TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.
Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovadır.