Bu gün UEFA Çempionlar Liqasında yarımfinal həyəcanı başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Avropanın iki nəhəng klubu "Bavariya" və "Real Madrid" Almaniyada ilk matçda üz-üzə gəlib.
Saat 23.00-da başlayan oyunun 24-cü dəqiqəsində "Real"dan Vinicius hesabı açıb - 0:1.
İlk hissiə bu hesabla başa çatıb.
53-cü dəqiqədə "Bavariya" Sanenin qolu ilə hesaba tarazlıq gətirib - 1:1.
57-də isə "Bavariya" Keyn penaltidən vurduğu qolla hesabda önə çıxıb - 2:1
Lakin 83-cü dəqiqədə Vinicius yenidən səhnəyə çıxıb və hesabı bərabərləşdirib - 2:2.
Oyun bu hesabla biitb.
Onu da qeyd edək ki, türkiyəli Arda Gülər "Real Madrid"in ilk 11-liyində yer almayıb.
Zülfiyyə
MİA.AZ