Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Somalinin paytaxtı Moqadişuya səfər edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Somali prezidenti Həsən Şeyh Mahmudla görüşüb.

Məlumata görə, təhlükəsizlik və kəşfiyyat sahəsi, o cümlədən "Əl-Şəbab" terror təşkilatı ilə mübarizədə görüşdə müzakirə olunub: "Bundan əlavə, ölkə və regionda sabitlik, həmçinin Türkiyə ilə Somali arasında strateji əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb".

Firudin Səfərli

MİA.AZ