"Rabitəbank" ASC və "Euro-Asia construction" MMC arasında məhkəmə çəkişməsi olub.
Pravda.az-ın xəbərinə görə, Bakı Kommersiya Məhkəməsində iddianı "Rabitəbank" ASC qaldırıb.
Mahiyyəti kredit müqaviləsi üzrə mübahisələr olan iş hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılıb, 3 məhkəmə prosesindən sonra iş dayandırılıb, ekspertiza təyin edilməsi ilə bağlı qərar qəbul olunub.
Qeyd edək ki, MMC-nin Baş nazirin sabiq müavini Abid Şərifovun yaxınlarına məxsus olduğu bildirilir.
"Rabitəbank"ın isə SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin himayəsində olduğu deyilir.