ABŞ administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahuya qarşı mümkün həbs qərarı ilə bağlı xəbərlərə reüaksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jean-Pierre ölkəsinin mövqeyini yayıb.

O bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin belə bir səlahiyyəti yoxdur: "Bu məhkəmənin İsrail rəsmiləri haqqında həbs qərarı çıxarmaq səlahiyyətinə sahib olduğunu düşünmürük. Bu, bizim dəyişməz mövqeyimzidir. Biz bunu dəstəkləmirik və hesab edirik ki, həmin məhkəmənin buna qanuni səlahiyyəti çatmır".

Lamiyə Əhmədli

MİA.AZ